')

Bu gün:


FutbolPress.Az | Renat Dadaşov: "Azərbaycan millisinin heyətində debüt üçün səbrsizlənirəm"

Renat Dadaşov: "Azərbaycan millisinin heyətində debüt üçün səbrsizlənirəm"


oxunma sayı: 248 Paylaş:

FutbolPressAzərbaycan millisinin üzvü Renat Dadaşovla bağlı Almaniya məbuatında geniş yazı dərc edilib.

"Fnp.de" saytında yer alan məqalədə bir vaxtlar bu ölkənin aşağı yaş komandalarında oynayan gənc hücumçunun karyerasına nəzər salınıb

Hazırda Almaniyanın "Ayntraxt" klubunun U-19 komandasında çıxış edən yığma üzvü 2015-ci ilin iyulundan 2017-ci ilin yanvarınadək "Leyptsiq"də forma geyinsə də, Frankfurt təmsilçisinə geri dönüb.

Dadaşov son vaxtlar formada olduğunu vurduğu qollarla sübut edir. Bundesliqanın Cənub Gənclər zonasında 20-ci turda "Ştutqarter Kikkers"lə görüşdə het-trik edən forvard, ötən həftə də "Hoffenhaym"la matçda bir qol vurub. Gənc oyunçu Azərbaycan milli komandasında çıxış etmək üçün uzun müddət düşündüyünü söyləyib:

"Ürəyimin səsinə qulaq asdım. Doğru bildiyim şeyi edirəm. Bir çox adamla məsləhətləşmişəm. Azərbaycan yığmasının heyətində debütümü və Almaniya millisinə qarşı oynamağı səbrsizliklə gözləyirəm".

Martın 26-da Bundestimlə DÇ-2018-in seçmə mərhələsi oyununda Dadaşov Azərbaycan millisində debüt edə bilər.


oxunma sayı: 248 | Paylaş:




?>