')

Bu gün:


FutbolPress.Az | Almaniya millisində daha bir itki

Almaniya millisində daha bir itki


oxunma sayı: 436 Paylaş:

FutbolPressDÇ-2018-in seçmə məhələsində Azərbaycan millisinin qonağı olacaq Almaniya yığması daha bir futbolçunun xidmətindən məhrum olub.

Söhbət Sami Xediradan gedir. O, dizindəki ağrılara görə bu gün İngiltərə ilə yoldaşlıq oyununu buraxacaq.

Xediranın millimizlə oyun üçün Bakıya gətirilib-gətirilməyəcəyi tibbi müayinələrdən sonra bəlli olacaq.

Daha əvvəl Bundestimin heyətində Draksler, Özil, Qomes və Noyer də zədələnmişdi.

Azərbaycan - Almaniya görüşü martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.



oxunma sayı: 436 | Paylaş:




?>