')

Bu gün:


FutbolPress.Az | Premyer Liqanın bir oyununda 5 yubiley

Premyer Liqanın bir oyununda 5 yubiley


oxunma sayı: 176 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXIII turunun AZAL – “Qəbələ” oyunu yubileylərlə zəngin olub. 1:1 hesabı ilə başa çatan görüşdə 5 müxtəlif yubiley gerçəkləşib. Hər komandanın bir üzvü ölkə çempionatında 150-cı matçına çıxıb. AZAL-da debüt edən Bəxtiyar Soltanov və “Qəbələ”nin qışda sıralarına qatdığı Rasim Ramaldanov bu görüşədək 149 çempionat matçı keçirmişdi.

Rasim 150 matçda 3 qol vurub. Premyer Liqada “Simurq”, “Xəzər Lənkəran” və “Sumqayıt”da oynamış müdafiəçi 4-cü klubunun heyətində 150-yə çatıb.


mövsüm klub oyun qol
2008/09 Simurq (Zaqatala) 8 0
2009/10 Simurq (Zaqatala) 11 0
2010/11 Simurq (Zaqatala) 20 0
2011/12 Simurq (Zaqatala) 24 2
2012/13 Simurq (Zaqatala) 24 0
2013/14 Xəzər Lənkəran 20 0
2014/15 Xəzər Lənkəran 23 1
2015/16 Xəzər Lənkəran 7 0
2015/16 Sumqayıt 9 0
2016/17 Qəbələ 4 0
Cəmi   150 3

150 oyunda 19 dəfə fərqlənən Soltanov isə daha çox klubda çıxış edib. AZAL onun Premyer Liqada 7-ci komandasıdır. Bunadək isə Bəxtiyar “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Rəvan”, “Qəbələ” və “Simurq”da da oynayıb.

mövsüm klub oyun qol
2007/08 Bakı 6 0
2008/09 Bakı 7 7
2009/10 Bakı 25 3
2010/11 Bakı 13 0
2011/12 Qarabağ (Ağdam) 26 1
2012/13 Kəpəz (Gəncə) 11 2
2012/13 Simurq (Zaqatala) 3 0
2013/14 Rəvan (Bakı) 2 0
2014/15 Qəbələ 21 2
2015/16 Kəpəz (Gəncə) 35 4
2016/17 AZAL (Bakı) 1 0
Cəmi   150 19

Bu iki yubileylə yanaşı, qarşılaşmada daha üç əlamətdar hadisə yaşanıb.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk komandasını Premyer Liqada 75-ci matça çıxarıb. 2015-ci ilin əvvəlindən “qırmızı-qaralar”a rəhbərlik edən ukraynalının yetirmələri bu oyunlarda 40 qələbə qazanıb, 21 heç-heçə edib və 14 dəfə uduzub.

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı bütün turnirlərdə ümumilikdə 100-cü dəfə “qırmızı-qaralar”ın formasını geyinib. O, bu matçlarda 76 top buraxıb.

AZAL-la matçda hesabı açan Tellur Mütəllimov isə “Qəbələ”nin Premyer Liqada 400-cü qoluna imza atıb. Bu, 331-ci görüşə təsadüf edib.


oxunma sayı: 176 | Paylaş:




?>