')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın 462 günlük seriyası qırıldı

"Qarabağ"ın 462 günlük seriyası qırıldı


oxunma sayı: 358 Paylaş:

FutbolPress“Qarabağ”ın “Zirə” ilə oyunlardakı qələbə seriyası qırılıb. Son 5 matçda rəqibini məğlub edən Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının XXIII  turunun səfər matçında 1 xalla kifayətlənib – 0:0.

Qurban Qurbanovun yetirmələrinin “Zirə” ilə matçlardakı son xal itkisi 2015-ci il dekabrın 13-də qeydə alınmışdı. Həmin vaxt da qarşılaşma qolsuz bitmişdi. 462 gündən sonra məğlubiyyət seriyasını qıran “Zirə” rəqibini “5”də saxlayıb.

“Qarabağ”ın tarixində eyni rəqiblə oyunlarda daha uzun qələbə seriyaları da var. Ağdam klubu MOİK-i ardıcıl 12, “Turan”ı ardıcıl 9 dəfə məğlub edib.


oxunma sayı: 358 | Paylaş:




?>