21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi itki ilə üzləşib. Fəhmin Muradbəyli yığmanın düşərgəsini tərk edib.
“Neftçi”nin yarımmüdafiəçisi təlim-məşq toplanışına zədəli qoşulduğu üçün həkim müayinəsindən sonra yığmanın düşərgəsindən ayrılıb.