')

Bu gün:


FutbolPress.Az | Kamran Ağayevin son durumu: Almaniyaya qarşı oynaya biləcək?

Kamran Ağayevin son durumu: Almaniyaya qarşı oynaya biləcək?


oxunma sayı: 437 Paylaş:

FutbolPressAzərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində martın 26-da Almaniya yığmasını qəbul edəcək.

Robert Prosineçkinin komandasının Bundestimlə oyuna hazırlığı davam edir. Ancaq milli dünənki məşqi tam tərkibdə keçə bilməyib. Komandanın əsas qapıçısı Kamran Ağayev hazırlıqda olmayıb. Buna səbəb onun yüngül zədəsinin olmasıdır.

Ancaq millinin əsas "çərçivə" qoruyucusu oyuna tam hazır olacaq. Bu barədə "FutbolPress"ə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlub məlumat verdi. O bildirdi ki, Ağayev artıq bu gündən məşqlərə başlayacaq:

"Kamranın yüngül zədəsi var idi deyə dünənki məşqi buraxdı. Komandanın həkimləri onunla bağlı risk etmək istəmədilər. Ancaq artıq tam hazırdı və bugünkü hazırlıq prosesində iştirak edə biləcək. Almaniyaya qarşı oynamasında heç bir problem yoxdur".

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Almaniya görüşü 20:00-da başlayacaq.


oxunma sayı: 437 | Paylaş:





?>