Dibala "Yuventus"u tərk edir
Paylaş:
"Yuventus"un futbolçusu Paulo Dibala mövsümün sonunda Turin klubunu tərk etmək niyyətindədir.
Bu barədə o artıq yaınlarına məlumat verib.
Futbolçu karyerasını İspaniyada - ya "Real", ya da "Barselona"da davam etdirmək istəyir. Kataloniya təmsilçisi artıq Dibala ilə ünsiyyət qurub.
"Barselona" agentə onu almaq istədiklərini bildirib. Katalonlar Dibala ilə Florentino Peres arasındakı şifahi razılaşmadan xəbərdardır. Lakin onlar futbolçuya tələsməməyi məsləhət görüb. Bundan başqa "Barselona" ona Messi-Suares-Neymar üçlüyünə əlavə kimi deyil, real güc kimi baxdıqlarını çatdırıblar.
| Paylaş: