')

Bu gün:


FutbolPress.Az | “Neftçi”dən tarixinə hörmətsizlik

“Neftçi”dən tarixinə hörmətsizlik


oxunma sayı: 1158 Paylaş:

FutbolPressAzərbaycanın ən yaşlı klubu “Neftçi” ötən həftə 80 yaşını qeyd etdi. Bir müddət əvvəldən yubileylə bağlı təbliğata start verilmişdi. Premyer Liqanın 23-cü turunda “İnter”lə oyun da məhz yubiley gününə - martın 18-ə salınmışdı. Matç simvolik olaraq 19:37-də başladı.

Qeyri-adi bir tədbir, əvvəlcədən deyilən xüsusi bir sürpriz nəzərə çarpmadı. Heç tribunalarda da gözlənilən azarkeş ordusu yox idi. Daha çox diqqət çəkən məqam klubun köhnə rəhbərliyindən heç kimin çağırılmaması idi.

Nə “Neftçi”nin sabiq prezidenti Rövnəq Abdullayev, nə PFL prezidenti, bir vaxtlar klubda vitse-prezident olan Ramin Musayev, nə də "ağ-qaralar"ın son illərdə qazandığı uğurlarda böyük rolu olan Tahir Süleymanov stadionda idi.

Çağırılmamışdılar, ya da gəlməmişdilər – fərqi yoxdu – “Neftçi”nin 80 illik yubileyində olacaqları gözlənilirdi, olmalı idilər.


oxunma sayı: 1158 | Paylaş:




?>