Bu gün:


FutbolPress.Az | Bezotosnı 100-ə çatdı

Bezotosnı 100-ə çatdı


oxunma sayı: 44 Paylaş:

FutbolPressAzəraycan Premyer Liqasının XXIII turu “Qəbələ”də əlamətdar hadisə ilə diqqət çəkib.

AZAL-la səfər qarşılaşması (1:1) “qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnı üçün yubiley oyunu olub. Ukraynalı qolkiper komandanın heyətində 100-cü matçını keçirib. 2015-ci ilin yanvarından “Qəbələ”də çıxış edən Bezotosnı çempionatda 66, avrokuboklarda 26, ölkə kubokunda 8 matç keçirib. Bu müddətdə 76 qol buraxan legioner klub tarixində 100 və daha çox oyun keçirən 6-cı futbolçu olub. Onadək Dodo, Ürfan Abbasov, Viktor Mendi, Samir Zərgərov və Rafael Santos bunu bacarmışdı. Dmitri 100-cü matça çıxmaqla “Qəbələ”də ən çox matç keçirən qapıçı ünvanına da yiyələnib. AZAL-la görüşədək Bezotosnı Pavel Doroşevlə eyni sayda – 99 oyun keçirmişdi.
 

mövsüm turnir O D Q SV QV
2014/15 çempionat 15 1304 -7 0 1
2014/15 kubok 2 180 -3 0 0
2015/16 UEFA Avropa Liqası 12 1080 -11 1 0
2015/16 çempionat 28 2437 -16 0 0
2015/16 kubok 4 390 -4 0 0
2016/17 Avropa Liqası 14 1260 -21 0 0
2016/17 çempionat 23 2070 -13 0 0
2016/17 kubok 2 180 -1 0 0
  Cəmi 100 8901 -76 1 1


oxunma sayı: 44 | Paylaş: