Bu gün:


FutbolPress.Az | "Qəbələ" rəsmən avrokuboklarda!

"Qəbələ" rəsmən avrokuboklarda!


oxunma sayı: 229 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında daha bir medalçı və avrokuboklara vəsiqə qazanan klubun adı müəyyənləşib.

Bu, XXIII turda səfərdə AZAL-la 1:1 hesablı heç-heçə edən "Qəbələ"dir. 47 xalla 2-ci pillədə qərarlaşan Roman Qriqorçukun komandası çempionatı ən pis halda 3-cü yerdə başa vuracaq. Buna, həm də "Zirə"in "Qarabağ"la heç-heçə (0:0) oynaması və artıq "Qəbələ"yə çatmaq imkanının olmaması səbəb olub. Beləliklə, "qırmızı-qaralar" ardıcıl 4-cü mövsüm avrokuboklara çıxış edəcəklər.

Amma əvvəlki 3 ildə "Qəbələ" yalnız bürünc medalla kifayətlənibsə, bu dəfə nəinki gümüş, hətta qızıl medal qazanmaq şanslarına malikdir.

Avrokuboklara ilk vəsiqəni XXII turda "Qarabağ" qazanıb. Daha 2 vəsiqəni isə bürünc medalçı ilə Azərbaycan Kubokunun sahibi təmin etməlidir. Kuboka ilk "3-lük"dəki komandalardan biri sahib çıxsa, 4-cü vəsiqə 4-cü pillənin sahibinə qismət olacaq.


oxunma sayı: 229 | Paylaş: