')

Bu gün:


FutbolPress.Az | Ayxan Abbasov: "Bu oyunda "Qarabağ"a sürpriz etdik"

Ayxan Abbasov: "Bu oyunda "Qarabağ"a sürpriz etdik"


oxunma sayı: 311 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 23-cü turunun “Zirə” - “Qarabağ” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

“Qarabağ” çempionatın lideridi. Bu komandaya qarşı oynamaq çətindi. Ancaq oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Qırmızı vərəqədən sonra oynamaq çətindi. Bu gün Zirədə tamamilə başqa atmosfer var idi. Biz də istəyirik ev oyunlarımızda stadion tamamilə dolsun. Qarşıda çətin oyunlarımız var. Bundan sonra həmin qarşılaşmalara hazırlaşacağıq".

- Bu gün komanda daha əzmkar görünürdü. Bu nə ilə bağlıdı?
- Əvvəl də demişəm ki, çempionat sona yaxınlaşdıqca oyunlar daha  gərgin keçəcək. “Neftçi”yə qalib gəlsək də, “Kəpəz”ə məğlub olmuşduq. Hər xal qızıla bərabərdi. Bizdə qış fasiləsindən sonra hər oyunda istək var. Düzdü, hər dfə komandadan istədiyimizi ala bilmirik.  

- Sistemdə dəyişiklik etmişdiz. Bu, təkcə “Qarabağ”la oyun üçün idi, yoxsa gələcəkdə də bu cür dəyişikliklər olacaq?
- Hər məşqçinin futbola fərqli baxışı var. Bəzi məşqçilər var ki, hər rəqibə qarşı eyni taktikadan istifadə edirlər. Bu oyunda "Qarabağ"a sürpriz etdik. Qarşıdakı oyunlarda da sistemi dəyişə bilərik. Əsas odu ki, bu seçimdə yanılmadıq.

- Artıq neçənci dəfədi “Zirə”nin oyunçuları meydanda mübahisə edirlər...
- Oyun vaxtı belə şeylər olur. Ancaq bu, mübahisə deyil. Məncə, bu, birinci dəfə idi.

- Növbəti turda sizi “Qəbələ”ylə oyun gözləyir...
- Bizim üçün adi oyundu. Çalışacağıq ki, xal götürək. “Qəbələ” liderlərdən biridi. Çətin olacaq.

- Millinin oyunlarıyla bağlı 10 günlük fasilə olacaq. Bu, komandaya necə təsir edəcək?
- Bu, bütün dünyada var. Əksinə, “Qəbələ”ylə vacib oyun öncəsi bu cür fasilə işimizə yarayacaq.


oxunma sayı: 311 | Paylaş:




?>