Bu gün:


FutbolPress.Az | Zaur Svanadze: "Aramızda hər hansı razılıq olmayıb"

Zaur Svanadze: "Aramızda hər hansı razılıq olmayıb"


oxunma sayı: 256 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında 23-cü turun “Neftçi” – “İnter” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransındaqonaq komandanı baş məqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə oyun barədə fikirlərini bildirib:

“Pis oynamadq. Birinci hissədə ərazi üstünlüyü rəqibdə idi. Amma o qədər də təhlükəli qol vəziyyətləri yarada bilmədilır. İkinci hissədə üstünlüyü ələ aldıq. Ən azı heç-heçəyə layiq idik. Bəzən bəxt də lazımdı. “Neftçi” bizim üçün münasib rəqib deyil. Bu mövsüm artıq üç dəfə bu komandaya məğlub olmuşuq”.

- Oyunçu seçimində, taktikada özünüzdə hər hansı səhv görürsüz?
- Xeyr, sadəcə olaraq bu gün komandamın bəxti gətirmədi.

- Sanki məşqlərdə hücum üzərində işləmirsiz...
- Xeyr, taktiki baxımdan hər şey qaydasındadı. Son 2 ildə eyni sistemlə oynayırıq və komandada hamı bilir ki, nə etmək lazımdı. Sadəcə texniki səhvlər baş verir. Məsələn, əlverişli mövqedə oyunçu topu saxlaya bilmir. Üstəlik ehtiyat skamyamız da geniş deyil. Qışda da iki əsas oyunçumuz komandanl tərk etdi.

- Səlahət Ağayevin olmamasının “Neftçi”nin işinə yaradığını demək olar?
- Səlahət komandanın “1” nömrəsidi. Amma ola bilər ki, o meydanda olsa da, qol buraxardıq. Hər halda yoxluğu təsir etdi.

- Namiq Ələsgərov “Neftçi”yə keçəndə “Qarabağ”la raılığa gəlmişdilər ki, o, sabiq klubuna qarşı oynamayacaq. Ruslan Abışov “Neftçi”yə keçəndə “İnter” belə bir tələb qoymuşdumu?
- Ruslan Abışovun “Neftçi”yə keçidi Türkiyədə həll edildi. Zəng gəldi ki, Ruslan “Neftçi”yə qoşulacaq. Buna görə təəssüflənirəm. Amma aramızda belə bir razılaşma olmayıb.



oxunma sayı: 256 | Paylaş: