Bu gün:


FutbolPress.Az | Renat Dadaşov "Ayntraxt"a xal qazandırdı

Renat Dadaşov "Ayntraxt"a xal qazandırdı


oxunma sayı: 195 Paylaş:

FutbolPressAlmaniya Cənub Gənclər Bundesliqasında XXII tura start verilib.

Açılış oyununda Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Ayntraxt U-19" "Hoffenhaym"ı qəbul edib. Matçda qalib müəyyənləşmyib - 1:1.

Qarşılaşmada hesabı "Hoffenhaym" açsa da, "Ayntraxt" bərabərliyi təmin edə bilib. Komandaya 1 xalı qazandıran qola isə Renat Dadaşov imza atıb. O, 76-cı dəqiqədə fərqlənib.

Dadaşov ötən tur da het-trik etmişdi.

"Ayntraxt U-19" hazırda 29 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.


oxunma sayı: 195 | Paylaş: