')

Bu gün:


FutbolPress.Az | Rövnəq Abdullayev: "Səbail" Premyer Liqaya yüksəlsə, oğlum istefaya gedəcək"

Rövnəq Abdullayev: "Səbail" Premyer Liqaya yüksəlsə, oğlum istefaya gedəcək"


oxunma sayı: 576 Paylaş:

FutbolPressAFFA prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin bu gün baş tutan iclasından sonra mətbuat konfransı keçirib. "

O, əvvəlcə iclasda müzakirə olunan məsələlər barədə məlumat verib...

"İcraiyyə Komitəsinin iclasında futbolumuz üçün mühüm məsələlər haqda danışıldı. Əsas mövzu danışılımış oyunlar idi. Açıq deyirəm, oyunlar ciddi izlənilir. Şübhələr I Divizionla bağlıdı. UEFA bizə qərar vermək üçün vaxt verib. Yəqin ki, bu gün İntizam Komitəsi radikal qərarlar qəbul edəcək. Bu, cinayətdir. Həmin adamlar cinayət məsuliyyətinə cəlb olunacaq. Bəzi epizodlara baxdıq. Biabırçılıqdır. Bunun kökünü kəsməliyik. Bundan başqa milli komandalara baş məşqçi təyinatı məsələlərinə də baxdıq. Təyinatlar təsdiqləndi. Digər məsələ AFFA-nın idarəçiyini öz üzərinə götürdüyü "İnter" klubu oldu. Kluba yeni sponsorun cəlb edilməsi məsələsi müzakirə edildi. Sabiq futbolçulara təqaüd məsələsinə baxıq. Bu ənənə dünyada iki dövlətdə var. Biri İngiltərə, digəri Azərbaycan. Artıq 9 ildi təqaüd veririk. Bir neçə tanınınmış şəxsə də təqaüd ayrılacaq".

- Elxan Məmmədov İcraiyyə Komitəsinin üzvü seçiləcəyi halda AFFA-dakı taleyi necə olacaq?
- UEFA İcariyyə Komitəsi ictimai təşkilatdır. Elxan Məmmədovun AFFA-dakı işinə mane olmur.

- AFFA yanında Media Komitəsinin işin necə qiymətləndirirsiniz?
- Komitə ilə bağlı İcraiyyə Komitəsinin üzvlərinə məlumat verilir. Bir il ərzində geniş fəaliyyət aparıb. Komitənin fəaliyyəti davam etməlidir. Məqsədimiz odur ki, mətbuat 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazır olsun. Martın sonunda 1 illik fəaliyyəti başa çatacaq. Yenidən media nümayəndələri arasında şəffaf seçkilər keçiriləcək.

- Demişdiz ki, Azərbaycan Premyer Liqasında çıxış edən klubların sayı artırılacaq. Ancaq artıq "İnter" klubuna da AFFA baxır. Üstəlik l Divizon klubları da federasiyadan kömək gözləyir...
- Məqsəd qoymuşduq ki, 2017/18 mövsümündə elitada 10 klub olsun. Bunun üzərində işləyirik. Lisenizyalaşdırmanın tələblərinə cavab verməlidirlər. Bəli, I Divizon klublarının əksəriyyətinə AFFA yardım edir. Premyer Liqada isə əsasən Bakı klublarıdır. Çalışırıq ki, region klublarına yardım edək. Artıq şəhər klubarına dəstək olmayacağıq.

- Bəlkə, klublara sponsorluq işi dövlət tərəfindən həll olunsun? Çünki bütün güc SOCAR-ın üzərinə düşür...
- SOCAR xarici şirkət deyil ki?! Cənab prezident futbola dəstək olmağı SOCAR-a həvalə edib. Burada problem görmürəm. Əlbəttə biz də istəyirik ki, əlavə sponsorlar olsun.

- "CBC Sport"un fəaliyyətinə təhlükə olduğu deyilir. Bu nə dərəcədə doğrudur?
- Elə bir şey yoxdur. Artıq iki idman kanalı var və bu rəqabət yaradıb. Nəticələrdən razıyam. Futbol yayımında problem yoxdur.

- Oğlunuz Rəşad Abdullayev "Səbail"in Müşahidə Şurasının sədridi. Düşünmürsüz ki, klub Premyer Liqaya vəsiqə qazanacağı halda, söz-söhbət yaranacaq?
- Bu məsələyə birdəfəlik son qoyaq. O da futbolu sevən adamdı. Qəsdən futbola qoşdum ki, sevdiyi işlə məşğul olsun. Bir şeyi bilin ki, "Səbail" Premyer Liqaya yüksələn kimi, oğlum istefaya gedəcək. Mən burada ola-ola o klub prezidenti ola bilməz. 

- Son vaxtlar klub nümayəndələri tərəfindən hakimlərə qarşı fiziki təzyiqlər olur. Əvvələr mühafizə xidməti var idi, bunun bərpası mümkündür?
- Azərbaycanda polis var, əlavə mühafizə xidmətinə ehtiyac yoxdur. Nə lazımdırsa, hüquq mühafizə orqanları edəcək. 


oxunma sayı: 576 | Paylaş:




?>