"Almaniya ilə matç qrupda ən asan oyunumuz olacaq" - Robert Prosineçki
Paylaş:
ADDA-nın Hesabat Konfransından sonra Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin brifinqi keçirilib.
O, əvvəlcə Qətərlə keçirilən yoldaşlıq oyunundan danışıb:
"Bizim üçün çox vacib oyun idi. Çünki Almaniya ilə seçmə mərhələ matçı öncəsi keçirirdik. Həmin oyunda ancaq Premyer Liqada oynayanlara şans verdim. Özünəinam baxımından Qətərlə qarşılaşma bizim üçün önəmli oyun oldu".
- Oyun praktikası olmayan bəzi futbolçulara dəvət göndərsəniz də, klubunda oynayanların bəziləri kənarda qaldı...
- Baş məşqçi mənəm və onları mən lazım bilmişə. Hamı deyə bilər ki, nəyə görə bəzi oyunçular çağırılmayıb. Mən çağırılanları lazım bilmişəm və onlara dəvət göndərmişəm.
- Kamran Ağayev uzun müddət oynamaması Almaniya ilə görüşdə nə qədər problem yarada bilər?
- Bəli, bizdə qapıçı problemi var. Kamran "Boavişta"da artıq əsas qapıçı deyil. Səlahət Qətərlə oyunda yaxşı təsir bağışladı. Ancaq o da zədələndi. Hələ oyuna 10 gün vaxt qalıb. Yenə də Kamran bizim bir nömrəli qapıçımızdı.
- Almeydanın millinin dürşərgəsində bir gün olması nəyə hesablanmışdı?
- Almeydanın növbəti rəsmi oyunda oynamayacağını bilirik. Amma gələcəkdə çıxış edə bilər. Onun pasportu, sənədləri hazırlanır. Almaniyaya qarşı oynaya bilməyəcəyi üçün Qətərlə görüşdə onu oynatmadım.
- Almaniyaya qarşı kökləmək çətin olmayacaq?
- Bizim üçün Almaniya ilə görüş qrupun ən asan oyunu olacaq. Almanlar nəinki qrupumuzun favoritdir, dünyanın ən yaxşı komandalarındam biridir. Buna görə də üzərimizdə heç bir təzyiq yoxdur.
- “Kicker”in əməkdaşı bildirib ki, Almaniya yığması Azərbaycana minimum 5 qol vuracaq...
- Mən həmin jurnalistlə görüşmüşdüm. Amma aramızda belə söhbət olmamışdı. Ona dedim ki, bizimlə oyun milliniz üçün çətin olacaq.
- Qətər Azərbaycanla görüşə sanki hərbi sirr kimi yanaşır, görüntüləri təqdim etmir. Müasir futbolda bu nə dərəcədə doğrudur?
- Sizinlə razıyam. Niyə belə etdikləri mənim üçün də qaranlıq qalıb.
| Paylaş: