')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" rәhbәrliyi vә Qurbanova "şantajvari" tәzyiq (QEYD)

"Qarabağ" rәhbәrliyi vә Qurbanova "şantajvari" tәzyiq (QEYD)


oxunma sayı: 1225 Paylaş:

FutbolPressƏfqan Xәlilliyә görә "Qarabağ"a zәng edilib. Bizdə belə məlumat var ki, onun üzr istәmәsi tәlәb edilib, ya da işdәn qovulması...

Әslindә, Әfqanın 30 yanvarda etdiyi paylaşım indi niyә gündәmә gәtirilib vә hay-hәşir qaldırılıb -  anlaşılan deyil. Bilirik ki, söhbәt başqadır. Vә tәklif etmişik ki, mәhz o söhbәt üzrә nәsә yazılsın, tәlәb edilsin. Köhnә paylaşıma görә bum yaratmağın adı yoxdur.

Әfqanın çox adi paylaşımını "bütün idman mediası tәhqir edilib!" kimi sırımaq... Bu haqda nәsә yazanda diqqәtli olun!

Şahin Diniyev haqda yazını paylaşıb, ironiya edib? O yazı İxtiyar Әsgәrovundur. Yazının müәllifiylә hәmkar kimi mәslәhәtlәşib, fikirlәrimizi demişik. Köhnә paylaşıma reaksiya vermәyinin mәnasız olduğunu, elә öz yazısının mәsxәrәyә qoyulmasını müzakirәyә çıxarmasının daha mәntiqli olacağını bildirmişik.

Daha yanvarda edilәn paylaşımı ortaya atıb, "Cumun Әfqana!" çağırışı edәnlәr ayrı. Kim özünün tәhqir olunduğunu zәnn edirsә, bütün media deyib, hәşir salmasın, öz "mübarizәsini" aparsın. Hәlә o ayrı mәsәlә ki, ayyarım әvvәl edilәn paylaşım niyә indi atılır ortaya? Hә? Niyә?

Biz belә mәqamların üstündәn ötüb keçә bilmәrik. Münasibәtimizi bildirmәliyik. Gördüyümüzə vә bildiyimizə göz yuma bilmirik. Çünki burda anormallıq var. Belә ibtidai tәrzlәrlә reaksiyalarda yoxdur! Ayıb bilirik – peşәmizə dә, şəxsiyyətimizə dә. Qurban Qurbanov Әfqana deyib ki, bu gün oyuna gәlmә, oyundan sonra danışarıq.

Biz belә eşitmişik. Deyәsәn, mәtbuat xidmәti Nurlan İbrahimova da nәsә irad bildirilib.

Әgәr bu mәsәlәlәrә görә onlardan hansısa işdәn çıxarılsa, bunu әn әvvәl Qurbanovun, sonra klubun anormal hәrәkәti kimi görәcəyik.

Ortada süni ajiotaj yaradılıb vә bütün idman mediası adından danışılır! Yalnız İxtiyar Әsgәrov öz iradında haqlı ola bilәr ki, Әfqan onun yazısını paylaşıb, ironik münasibәti hansı әsasla edir... Digәr bәzilәrinә nә hәşir gәlib?

Әfqanın indiyәdәk bir kәlimә artıq-әskik danışdığını görməmişik. Şәxsiyyәti dә necә lazımdır... Jurnalist kimi adamın bu situasiyada qalmasına izah tapa bilmirik. Vә media nümayәndәsi kimi  onun mediadan üzr istәmәyinә ehtiyac görmürük! Çünki üzrlük paylaşım etmәyib yanvarda. Vә inanırıq ki, idman mediasında әksәri orda özünә tәhqir görmәyib.

Manipulyativ manevrlәr edәnlәrsә, bir daha deyirik, diqqәtli olsunlar! MEDİA tәk şәxsi mәnafelәrini düşünmәmәlidi. Burda biz dә varıq vә biz heç vaxt istәmәrik ki, kimsә adidәn dә adi zarafatına görә üzr istәmәyә mәcbur edilsin. Üzr istәsә, demәli, o, doğrudan da hamını tәhqir edib. Amma etmәyib! Mәsәlә başqa şeyin davasıdı...

Ardına baxarıq. Deyәsәn, kimlәrsә "qoçu" olduğunu zәnn edir.  Kluba söz yeridir vә dediyini elәtdirmәyә çalışır. Biz görürük vә izlәyirik. Heç vaxt da göz görә-görә haqsızlığa susmağı bacarmamışıq. Buyurun, görәk nә edәcәksiniz.

Bizə prosesin davamı vә klubun/Qurbanovun mövqeyi maraqlı gәldi artıq. Gözlәyirik, görək, nә qәrar olacaq...

"FutbolPress"



oxunma sayı: 1225 | Paylaş:




?>