')

Bu gün:


FutbolPress.Az | Riçard Almeyda müəmması və ya AFFA-nın absurd ritorikası (YAZI)

Riçard Almeyda müəmması və ya AFFA-nın absurd ritorikası (YAZI)


oxunma sayı: 785 Paylaş:

FutbolPressBir müddət əvvəl “Qarabağ”ın braziliyalı legioneri Riçard Almeydanın Azərbaycan millisinə çağırıldığı haqda xəbər çıxdı. Bu, ilk baxışdan anormal görünürdü, ancaq növbəti “xəbər dalğası” Almeydanın hətta Qətərlə yoxlama oyununa aparılacağından bəhs edirdi.

Almeydanın milliləşdirilməsi üçün AFFA FIFA-ya haçan müraciət etmişdi? Bu haqda heç yerdə hansısa məlumata rast gəlməmişik. Bəs bu həngamə nə idi? Niyə Almeyda Qətərə aparılacaq siyahıya salındı, sonra aparılmadı? AFFA-nın süni gündəm dəyişib, öz xeyrinə manipulyasiya eləməsi?

Niyə də yox?!

Şübhələrin məntiqi əsası da var.

“Sambaçı”nın Azərbaycan pasportu alması üçün hüquqi əsası iyunda yaranacaq. Yəni burda yaşamasının 5 ili yayda tamamlanır. Pasport almamış FIFA-ya onun milliləşdirilməsiyçün niyə müraciət edilsin ki?
Pasport məsələsi bu işdə düyün ola bilməz. Ən uzağı, 2-3 günün işidir, deyək ki... Əsas məsələ FIFA-nın Riçardın milliləşdirilməsiyçün edilmiş müraciətə nə cavab verəcəyidir. Burda müəmma özünü aşkar qoyur ortaya.  Hardandı bu əminlik?

1. AFFA-nın bu haqda quruma müraciətinə aid rəsmi heç nə yoxdur ortada.

2. İyunda ona pasport verilsə belə, FIFA-nın Azəbaycan millisində oynamasına icazə verəcəyi dəqiqdirmi ki, yığmaya çağırılması bayram kimi təqdim edilir?

Nə deyəsən?

AFFA-nın süni imic cəhdi?  Son ərəfələr quruma yönələn irili-xırdalı tənqidlərin səngiməsinə hesablanmış uğursuz gediş? Yoxsa nə?

Belə “çiy iş” tutmağın adı nədir?


Elçin Cəlilov


oxunma sayı: 785 | Paylaş:




?>