')

Bu gün:


FutbolPress.Az | “Jurnalistləri almısız!” deyən AFFA məmuruna - XƏBƏRDARLIQ

“Jurnalistləri almısız!” deyən AFFA məmuruna - XƏBƏRDARLIQ


oxunma sayı: 553 Paylaş:

FutbolPressAFFA-da bir məmur var, artıq bununla üçüncü dəfədi ki, qulağımıza çatır, "jurnalistləri almısız, sizin xeyrinizə yazırlar" - deyib, mübahisələrdə və başqa məqamlarda özünü haqlı çıxarır.

Burdan şəxsimə və layihə rəhbəri olduğum "FutbolPress" adına deyirəm, bu, mən tərəfdən son xəbərdarlıqdır!

Kimi almısız, özünüzü neçəyə satırsız, rədd olun, işinizi görün, olanlara obyektiv münasibət bildirən yazarları o xəkəndazınıza qatmayın!

Nəinki həmin məmura, bütünlüklə futbolda "jurnalistləri almışıq", "jurnalistləri almısız", "jurnalistlər satılıb" kimi ifadələr işlədən klub rəsmilərinə, futbol məmurlarına səslənirəm, ümumiyə danışmağı  tərgitməsəniz, adınız aşkara çıxarılacaq və siz açıq debata dəvət ediləcəksiz. Şəxsən ümumiyə atılan ittihamınıza görə bizə cavab verməli olacaqsınız.

Burda illərini tam təmiz, peşəkar, vicdanlı fəaliyyətə həsr edənlər var. Kimi almısınızsa, ad çəkmirsinizsə, ümumi hamıya aid eləməyin.

Xüsusən, bu AFFA məmuruna burdan  bildiririk, sonuncu xəbərdarlığımızdır! Növbəti dəfə  hansısa mübahisələrdə "jurnalistləri almısız, istədiyinizi yazdırırsınız" desəniz, şəxsən sizin AFFA məmuru ola-ola hansı klublardan aylıq nə qədər "maaş", "hədiyyə" aldığınızı dəqiqliyi ilə yazacağıq!

Biz peşəmizlə vicdanlı davranmağı hər şeydən üstün tutaq və sizinkimilərin üstümüzə atdığı ləkəyə göz yumsaq, sizin diliniz çox uzanacaq!

O üzdən belə bir xəbərdarlığı yazmağı özümüzə peşə və mənəvi borc bildik.

Ağzınızın “gömrüyünə” qanunla, qaydayla işləməyi göstəriş verin, bacarmırsınızsa, ümumiyə atılan böhtana əhəmiyyət verməyəcək qədər “kor” və “kar” olmayacağıq.

Elçin Cəlilov


oxunma sayı: 553 | Paylaş:




?>