Kapitan 250-yə çatdı
Paylaş:
“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının XX turunda yubiley qeyd edib.
Müdafiəçi ölkə çempionatının yüksək dəstəsində 250-ci matçını keçirib. Bu müddətdə 7 qol vuran futbolçunun yubileyi “Zirə”ylə səfər matçında 0:1 hesablı məğlubiyyətlə nəticələnib.
Debütü 2005/06 mövsümünə təsadüf edən Hüseynov 12 çempionat ərzində cəmi 3 klubun formasını geyinib. İlk komandası olan “Turan”da 82 oyunda 3 qol vuran müdafiəçi “Qəbələ”də 65 matçda 4 dəfə fərqlənib. İndiki klubunda 103 dəfə meydana çıxan kapitan qol hesabını açmayıb.
Hüseynov Premyer Liqada 250 və daha çox oyun keçirən 53-cü futbolçu olub. Ötən tur onun komanda yoldaşı Fərhad Vəliyev 250-yə çatmışdı.
2005/06
Turan (Tovuz)
7
0
2006/07
Turan (Tovuz)
6
0
2007/08
Turan (Tovuz)
25
1
2008/09
Turan (Tovuz)
13
0
2008/09
Qəbələ
10
0
2009/10
Qəbələ
27
3
2010/11
Turan (Tovuz)
31
2
2011/12
Qəbələ
21
1
2012/13
Qəbələ
7
0
2013/14
Sumqayıt
22
0
2014/15
Sumqayıt
29
0
2015/16
Sumqayıt
33
0
2016/17
Sumqayıt
19
0
Cəmi
250
7
| Paylaş: