')

Bu gün:


FutbolPress.Az | Simeone "Atletiko"da qalacaq

Simeone "Atletiko"da qalacaq


oxunma sayı: 129 Paylaş:

FutbolPressDieqo Simeone növbəti mövsümdə də “Atletiko”da çalışacaq.

Cari mövsümdə qeydə alınacaq nəticələrdən asılı olmayaraq, argentinalı mütəxəssis Madrid klubundan ayrılmayacaq.

“Atletiko” bu mövsüm 24 turdan sonra La Liqada dördüncü pillədə qərarlaşıb. Madriddəki 5 illik fəaliyyəti dövründə Simeone keçirdiyi oyunların 187-də qalib gəlib, 61-də heç-heçə edib və 52 görüşdə məğlubiyyət acısı yaşayıb.

Argentinalının rəhbərliyi altında keçirdiyi oyunların 62 faizində “Atletiko” qələbə qazanıb ki, bu da klub tarixində rekord göstəricidir.

Son zamanlar Simeonenin mövsümün sonunda “Atletiko”dan ayrılacağı, karyerasını İtaliya və ya İngiltərədə davam etdirəcəyi barədə xəbərlər səngimək bilmirdi. 


oxunma sayı: 129 | Paylaş:




?>