"Azərbaycana getməklə səhv etdim" - sabiq "Qəbələ"li
Paylaş:
"Qəbələ"nin rumıniyalı sabiq baş məşqçisi Dorinel Muntyanu ölkəsinin mətbuatına müsahibə verib.
O, Azərbaycana gəlişini yanlış addım adlandırıb: "Yenidən işləmək istəyirəm. Almaniya və ya qızım Byankanın işlədiyi Hollandiyada ola bilər. Mənim karyeramla bağlı səhvim Azərbaycan və İraqdan gələn təklifi qəbul etmək olub. Rumıniya yaxşıdı, burdan təkliflər var. Ancaq maliyyə baxımından problemlər mövcuddu".
Dorinel Muntyanu 2014/2015 mövsümünün ilk yarısında "Qəbələ"nin baş məşqçisi olub.
| Paylaş: