')

Bu gün:


FutbolPress.Az | Dmitri Nazarov: tam bir xəyal qırıqlığı

Dmitri Nazarov: tam bir xəyal qırıqlığı


oxunma sayı: 634 Paylaş:

FutbolPressAlmaniya 2-ci Bundesliqasında derbi sayılan matçda öz meydanında "Dinamo Drezden"ə 1:4 hesabı ilə məğlub olan "Aue" ölkə mətbuatında ciddi tənqidlərə məruz qalıb.

Komandanın uğursuzluğunda əsas günahkar baş məşqçi göstərilib. Almaniyalı jurnalistlərin fikrincə, bu məğlubiyyətdən sonra artıq Pavel Doçev istefasını verib getməlidi. Komandada nə bir oyun üslubu var, nə nəticə, nə də gələcəyə ümid.

"Aue"nin transfer siyasəti də kəskin tənqid edilib. Xüsusilə üç futbolçunun ümidləri doğrultmadığı vurğulanıb. Bunlar Klemens Fandrix, Martin Toşev və Azərbaycan millisinin üzvü Dmitri Nazarovdu. Almaniyalı həmkarlarımız bu üç futbolçunun transferini tam bir xəyal qırıqlığı adlandırıblar.

Çıxış yolu kimi isə Pavel Doçevin istefaya göndərilməsi və yeni futbolçuların transferi göstərilib.

Maraqlıdı ki, Nazarov 2017-ci ildə meydana çıxdığı 5 oyunda 3 qol vurub. "Dinamo Drezden"lə matçda da komandasının yeganə qoluna milli üzvü imza atmışdı.

22 turdan sonra 18 xalı olan komanda turnir cədvəlində spnuncu - 18-cidi.


oxunma sayı: 634 | Paylaş:





?>