')

Bu gün:


FutbolPress.Az | Əliyar Ağayev mübahisəli epizodlara aydınlıq gətirdi

Əliyar Ağayev mübahisəli epizodlara aydınlıq gətirdi


oxunma sayı: 363 Paylaş:

FutbolPressFIFA dərəcəli referi Əliyar Ağayevın 20-ci turun “Kəpəz” – “Qəbələ” matçında idarəçiliyi müzakirə mövzusuna çevrilib. “Kəpəz”in vurduğu qol, eləcə də qırmızı vərəqələrlə bağlı qərar futbol ictimaiyyətində, sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Məsələ ilə bağlı "CBC Sport"a danışan Əliyar Ağayev hər iki epizodu şərh edib. O, ilk olaraq "Kəpəz"in qolu ilə bağlı mübahisəli məqama aydınlıq gətirib.

"Qoldan dərhal sonra köməkçim də məni əmin etdi ki, oyundankənar vəziyyət yoxdur. Matçdan sonra "CBC Sport" vasitəsilə yenidən qolun təkrarına baxdım. Açıq-aydın görünür ki, top ayaqdan çıxan anda hücumçu ilə müdafiəçi eyni xətdə idi."

Ağayev eyni zamanda Nicat Qurbanovla Nika Kvekveskirini niyə qırmızı vərəqə ilə cəzalandırdığını söyləyib:

"Kvekveskiri Nicata qarşı kobud çıxış etdiyi üçün ona sarı vərəqə göstərməyə hazırlaşırdım. Həmin anda Nika əli ilə Nicat Qurbanovun boyun nahiyəsindən itələdi. Nicat Qurbanov da aşkar şəkildə ona sillə vurdu. Hər ikisi aqressiv hərəkətə yola verdiyi üçün qırmızı vərəqə ilə cəzalandırdım"


oxunma sayı: 363 | Paylaş:




?>