')

Bu gün:


FutbolPress.Az | Gəncədə hakimlər döyülüb?  (AÇIQLAMA)

Gəncədə hakimlər döyülüb? (AÇIQLAMA)


oxunma sayı: 892 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 20-ci turunun “Kəpəz” – “Qəbələ” qarşılaşması qalmaqalla yadda qalıb. Oyunun ilk hissəsində meydanda baş verən gərginlik (burdanburdan oxu) fasilə zamanı klub rəsmilərinə də siraət edib.

Məlumatlı mənbədən “FutbolPress”ə daxil olan informasiyaya görə, fasilə zamanı “Qəbələ” rəsmilərindən bir neçəsi hakimlərin üzərinə yürüyüb. Onlar konkret olaraq matçın 4-cü hakimi Orxan Məmmədova hücum çəkiblər. İddia olunur ki, rəsmilərdən kimsə Əliyar Ağayevi vurmaq istəyib. Bundan sonra hadisəyə polis müdaxilə edib və ara sakitləşib.

Məsələ ilə bağlı Orxan Məmmədovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.

Əvəzində “Qəbələ”nin Media və Marketinq meneceri Səməd Nəsibov hadisə ilə bağlı danışdı. Səməd bəy fasilə zamanı müəyyən gərginliyin yaşandığını, ancaq Orxan Məmmədova, digər hakimlərə  hər hansı zor tətbiq edilmədiyini bildirdi:

“İlk hissədəki hakim səhvləri səbrimizi daşırdı. Soyunub-geyinmə otağına yollananda istər-istəməz hakimlərə qarşı qəzəbimizi ifadə etdik. Əsəbi halda deyinirdik. Birdən yan xətt hakimi Rza Məmmədovun biz tərəfə söyüşlə danışdığını gördük. Elə gərginlik də burdan yarandı. Sonra həmin hakim yoxa çıxdı. Mübahisəmiz baş hakim Əliyar Ağayev və dördüncü hakim Orxan Məmmədovla davam etdi. Ancaq Orxan Məmmədova hər hansı zor tətbiq edilməsindən söhbət gedə bilməz. Belə bir şey olmayıb. Polis də yaxında idi və dərhal müdaxilə edib, sakitçilik yaratdılar. Polisin müdaxiləsini də çox şişirtməyə dəyməz. Hazırda yoldayıq, geri qayıdırıq”.


oxunma sayı: 892 | Paylaş:




?>