')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "Azarkeşlər transferlə bağlı etiraz edirdilər"

Qurban Qurbanov: "Azarkeşlər transferlə bağlı etiraz edirdilər"


oxunma sayı: 589 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 20-ci turunun “Qarabağ” - “İnter” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

"Rəqibi təbrik edirəm. Futbolçular bu gün çox əziyyət çəkdilər. Çatışmayan cəhətlərimiz çox idi. Bunları düzəltməliyik. Çempionatın sonuna hələ var. Oyunların sayı get-gedə azalır. Rəqibə bundan sonrakı oyunlarda uğurlar arzulayıram".

- Son 2 oyunda sanki “Qarabağ”da nə isə çatmır. Bəlkə Kintananın yoxluğu komandanın oyununa təsir edir?
- Təkcə son iki oyunda yox, son oyunlarda çatışmazlıqlar görünür. Təkcə Dani Kintana yox, başqa itkilərimiz də var. Maksim Medvedev zədəlidi. Ağabalanın da zədəsi var idi. Dino Ndlovu məşqdə zədə alıb. Dünənə kimi xəstəxanada idi. Bu gün çıxıb. Əfranın isə ailəsində, xəstəliklə bağlı problem var. Hazırda İstanbuldadı. Optimal heyət formalaşdırmaq çətin idi. Təcrübəsi az olan oyunçulara şans verməyə məcbur oldum. Buna görə, onları çox tənqid etmək istəmirəm.

- Azarkeşlərlə Rəşad Sadıqov arasında bir dialoq oldu. Sanki etiraz edirdilər...
- Bunu görmədim. Ancaq mən də etiraz etdiklərini eşitdim. Transferlə bağlı etiraz edirdilər. Bunu normal qarşılamalıyıq. Təkcə məşqçilər, futbolçular yox, hamımız məğlub olmağı da bacarmalıyıq. İllərdi bu komanda üçün əlimizdən gələni edirik. Uğursuzluqdan sonra bu cür hallar ortaya çıxır. Ailədə də uşağa hər istədiyini verəndə, sonra nə isə çatışmayanda etiraz edir. Azarkeşlərin də müəyyən qədər haqqı var. Futbol elə həddə çatıb ki, hətta ən böyük klublar belə bəzən 4-5 top fərqi ilə uduzur. Çünki hamı işləyir, özünü inkişaf etdirir. Dediyim kimi bu cür halları normal qarşılayıram. Ancaq məni yaxşı tanıyırlar. Məncə, belə etirazları öz aramızda həll etsək daha yaxşı olar. Bunları rəqib azarkeşlər önündə edərək onları sevindirməməlidilər.

- Bugünkü məğlubiyyət sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Məğlubiyyəti həmişə gözləyirəm. Rəqib oyunu əks-hücum üzərində qurmuşdu. Bir neçə qol fürsətindən yararlana bilmədik.

- Gəncədə keçirilən oyunun nəticəsini futbolçuların bilməsinin bu oyuna təsiri oldu?
- Hamımız bu oyunu düşünürdük. Gəncədəki oyunun təsiri olduğunu düşünmürəm.

- Armenteros Hollandiyaya yollandıqdan sonra ayağı açılıb. Problem “Qarabağ”dadı, ya oyunçuda?
- O, “Qarabağ”a gələndə hamı narazı idi. Ancaq biz yalnız transfer etməmişdik. Bizim çempionat çətindi. Bizdə futbol mentaliteti fərqlidi. Burda tam fərqli oyun üslubları var. Azərbaycanda həmin oyunçulardan daha çox nəticə tələb olunur, nəinki Hollandiyada. Orda bu məsələlərə azarkeşlər tam başqa cür yanaşırlar. Bəlkə, ölkəyə uyğunlaşa bilməyib. Bu, futbolun yazılmamış qanunlarıdnan biridi.

- Şəhidlər Xiyabanına getməyiniz təqdirəlayiq hal olsa da, bəzi oyunçuların getməməsi söz-söhbətə səbəb oldu...
- Biz hər il Şəhidlər Xiyabanını ziyarət edib, futbolçulara məlumat veririrk. Klubun bazasında da vitse-prezident Tahir Gözəllə futbolçular arasında görüş olmuşdu. Tahir bəy hətta bu barədə həm azərbaycanca, həm də ingiliscə məlumat verdi. Öz gördüyümüz işləri çox reklam etmək istəmirik. Hamı bilir ki, şəhidlərə, onların ailələrinə münasibətimiz necədi. İnsanlara xoş gəlmək üçün hansısa addım atmaq istəmirəm. Bəzi şeyləri demək istəmirəm. Klubun köçkünlərə nə qədər yardım etdiyini açıqlamaq istəmirik. Elə bilməyin ki, bu məsələlərə laqeydik. Görmədiyiniz çox şey var ki, bu barədə danışmaq istəmirəm.

- Riçard Almeydanın millidə oynamasıyla bağlı razılıq əldə olundu...
- Bəli, razılıq əldə olundu. Ona uğurlar arzulayıram. Özümüz də get-gedə ona azərbaycanlı kimi baxmağa başlayırıq. Bizim mentalitetə daha çox uyğunlaşıb. Elə oyunşular var ki, bu cəhətdən uyğunlaşa bilmir. Millinin məşqçiləri baxıb, yığmaya kömək olacağını düşünüblər. İstərdik ki, uğurlu alınsın. Məncə düzgün addımdı.


oxunma sayı: 589 | Paylaş:




?>