')

Bu gün:


FutbolPress.Az | "Qoy bu sirr olaraq qalsın" - Zaur Svanadze

"Qoy bu sirr olaraq qalsın" - Zaur Svanadze


oxunma sayı: 714 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 20-ci turunun “Qarabağ” - “İnter” (0:1) oyunundan sonra qonaq komandanın baş mşqçisi Zaur Svanadze mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matçla bağlı fikirlərini bildirib:

"Öncə cəbhədə həlak olmuş azərbaycanlı hərbçilərin ailələrinə başsağlığı verirəm. Oyuna gəldikdə isə 3 xal qazandıq. Bu, bizim üçün vacib qələbə idi. Oyunçuların çıxışından razı qaldım. Xüsusilə müdafiədə yaxşı oynadıq. Qarşıda bizi “Qəbələ”yə qarşı çətin ev oyunu gözləyir. Çalşacağıq ki, həmin oyundan da 3 xalla ayrılaq".

- Bir neçə gün əvvəl “İnter”in futbolçularının maaş almadığı barədə xəbərlər yayılmışdı. Ancaq komanda bu gün “Qarabağ”ı məğlub etdi...
- Heç nə baş vermədi. Həmişəki kimi ayın 10-u, 13-ü maaşlar veriləcək. “İnter”in heç bir problemi yoxdu.

- “Qarabağ”a qalib gəlməyin reseptini verə bilərsiz? Burda daha çox psixoloji, yoxsa taktiki hazırlıq rol oynayır?
- Qoy bu sirr olaraq qalsın (gülür).

- Skarlatake “Qəbələ”ylə oyuna kimi maaşların veriləcəyini demişdi. Siz isə ayın 10-13-ü veriləcəyini deyirsiz. Bu, “Qəbələ”ylə oyunöncəsi problem yaratmayacaq ki?
- Əslində, 28-nə demişdilər. Çatdıra bilmədilər və ayın 10-na qaldı. Əgər həmin vaxt da verilməsə, bu barədə məlumatınız olacaq.


oxunma sayı: 714 | Paylaş:




?>