')

Bu gün:


FutbolPress.Az | Şahin Diniyev: "Belə vəziyyətdə futbolçuya dəstək olmaq lazımdı"

Şahin Diniyev: "Belə vəziyyətdə futbolçuya dəstək olmaq lazımdı"


oxunma sayı: 281 Paylaş:

FutbolPress"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 20-ci turunda "Qəbələ" ilə (1:1) keçirdikləri oyunu şərh edib:

"Hər iki komanda sonadək mübarizə apardı. "Qarabağ"la əvvəlki ev oyunu ilə müqayisədə daha gərgin oyun oldu".

51 yaşlı mütəxəssis 38-ci dəqiqədə rəqib futbolçu Nika Kvekveskirini vurduğu üçün qırmızı vərəqə alan Nicat Qurbanova sahib çıxıb: "Nicat fasilədə ağlayırdı. Başa düşürəm ki, səhvə yol verib. Belə vəziyyətdə futbolçunu cəzalandırmaq yox, ona dəstək olmaq lazımdır".

Diniyev yarımmüdafiəçi Serjinyonu hücum xəttində oynatmasının səbəbini də açıqlayıb: "Qəbələ"nin müdafiəçiləri qarşısında ucaboy yox, texnikalı futbolçu oynatmaq lazım idi. Ona görə də Serjinyonu irəli çəkdik".


oxunma sayı: 281 | Paylaş:




?>