')

Bu gün:


FutbolPress.Az | Əliyar Ağayevin etirazla qarşılanan qırmızı vərəqəsi (VİDEO)

Əliyar Ağayevin etirazla qarşılanan qırmızı vərəqəsi (VİDEO)


oxunma sayı: 482 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 20-ci turunun "Kəpəz" - "Qəbələ" (1:1) oyunu mübahisəli hakim qərarları ilə yadda qalıb. Ofsayddan vurulma şübhəsi olan qolu təqdim etmişdik.

Digər mübahisəli epizod idə 36-cı dəqiqədə "qırmızı-qaralar"ın futbolçusu Nika Kvekveskiri ilə meydan sahiblərinin oyunçusu Nicat Qurbanov arasındakı münaqişə zamanı yaşanıb. Kvekveskiri rəqibinə qarşı kobud oynayıb. Oyunun baş hakimi Əliyar Ağayev dərhal müdaxilə eləyib qayda pozuntusunu qeydə alsa da, bu, futbolçuları sakitləşdirməyib. Nicat Qurbanov ayağa qalxaraq gürcüstanlı legionerin üstünə şığıyıb. Bundan sonra rəqibin çənəsindən yapışan Kvekveskiriyə Qurbanov sillə zərbəsi endirib.

Hadisələrin sonunda Əliyar Ağayev hər iki futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb. Kvekveskiriyə göstərilən "qırmızı" müzakirələrə səbəb olub.



oxunma sayı: 482 | Paylaş:




?>