Gəncədə ara qarışdı: 2 "qırmızı"
Paylaş:
Azərbaycan Premyer Liqasının 20-ci turunda "Kəpəz" "Qəbələ"ni qəbul edir.
Qarşılaşmanın ilk hissəsi gərgin anlarla yadda qalıb. 38-ci dəqiqədə "qırmızı-qaralar"ın futbolçusu Nika Kvekveskiri meydan sahiblərinin oyunçusu Nicat Qurbanova qarşı kobud oynayıb. Oyunun baş hakimi Əliyar Ağayev dərhal müdaxilə eləyib qayda pozuntusunu qeydə alsa da, bu, futbolçuları sakitləşdirməyib. Nəticədə onlar bir-birinə zərbə endiriblər. Bundan sonra ara daha da qarışıb.
Hadisələrin sonunda Əliyar Ağayev hər iki futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb.
| Paylaş: