"Neftçi"də 3 illik həsrətin sonu və ya Vaylonun "vay"la başlayan "quru" seriyası
Paylaş:
Premyer Liqanın XX turunda AZAL üzərində minimal hesablı qələbəyə sevinən "Neftçi" ardıcıl 3-cü matçda da qapısını toxunulmaz saxlayıb.
"Sumqayıt"ı tək qolla yenib ardından "Kəpəz"lə qolsuz bərabərliyə razılaşan Bakı təmsilçisi son olaraq da AZAL-la oyunda "quru" seriyanı davam edirə bilib.
Buna qədər 2014-cü ildə "Rəvan", "Xəzər Lənkəran" və "Bakı" ilə ardıcıl matçlarda 1:0 hesabı ilə qalib gələn bakılılar 3 illik həsrətə son qoyub.
Son 3 oyunun hamısında "çərçivə"ni gənc qolkiper Maksim Vaylo qoruyub.
"Neftçi" Premyer Liqada sonuncu qolu 17-ci turun "İnter"lə səfər oyununda, özü də Vaylonun səhvindən sonra buraxıb.
| Paylaş: