Azarkeşlər milli üzvünün olduğu avtobusa hücum çəkdilər
Paylaş:
Türkiyənin "Bursaspor" klubu ilə bağlı xoşagəlməz hal baş verib. Azarkeşlər komandanın avtobusuna hücum çəkiblər.
Bu, Super Liqanın 22-ci turunda "Bursaspor"un səfərdə "Kasımpaşa"ya 0:4 hesablı məğlubiyyətindən sonra baş verib. Uğursuz nəticələrdən narazı olan azarkeşlər səfərdən qayıdan komandaya Osmanqazi körpüsünün yanında hücum çəkiblər.
Dava-dalaş təxminn 5 dəqiqə davam edib. Nəticədə avtobusun ön şüşəsi qırılıb. Son xəbərlərə görə futbolçular arasında da xəsarət alanlar var.
Hadisədən sonra klubun idarə heyəti və futbolçular azarkeşlərdən poilsə şikayət ediblər. Fanatlardan bir neçəsinin saxlandığı bildirilir.
Cəza səbəbindən "Kasımpaşa"ya qarşı oynamasa da, Azərbaycan millisinin üzvü Dəniz Yılmaz da həmin vaxt avtobusda olub.
| Paylaş: