')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"dən 4 qələbə

"Qəbələ"dən 4 qələbə


oxunma sayı: 102 Paylaş:

FutbolPress“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda aktivinə qələbə əlavə edib.

U-19 öz meydanında “Vətən”lə qarşılaşıb. Komanda bu matçda 3:1 hesabı ilə qələbə qazanıb. 21 oyunda 47 xal toplayan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.
Bakcell U-17 Liqasında çıxış edən “Qəbələ” “Sumqayıt”la üz-üzə gəlib. "Qırmızı-qaralar" ev matçında 3:1 hesablı qələbə ilə 3 xal qazanıb. 17 qarşılaşmadan sonra hesabında 44 xalı olan komanda turnir cədvəlinin lideridir.

U-16 səfərdə “Kəpəz”lə üz-üzə gəlib. “Qəbələ” bu görüşdə 6 cavabsız qolla böyükhesablı qələbə əldə edib. 16 matçdan sonra 34 xala malik komanda 2-ci yerdədir. “Zirə” ilə matçı təxirə salınan U-15 isə 14 oyundan sonra 40 xalla yarışın vahid lideridir.


oxunma sayı: 102 | Paylaş:




?>