"Real"da ağır itki: bir ay oynamayacaq
Paylaş:
İspaniya La Liqasının XVI turundan təxirə salınmış "Valensiya"ya ilə oyunda uduzan (1:2) "Real" aparıcı futbolçusunu da itirib.
Matçın 73-cü dəqiqəsində zədələnərək yerini komanda yoldaşı Naçoya verən Rafael Varanın əzələsində problem aşkarlanıb.
İlkin müayinədən sonra 23 yaşlı müdafiəçinin təxminən 1 ay meydana çıxa bilməyəcəyi məlum olub.
| Paylaş: