')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt"da iki yeni futbolçu

"Sumqayıt"da iki yeni futbolçu


oxunma sayı: 328 Paylaş:

FutbolPressSon görüşdə AZAL üzərində qələbə qazanan "Sumqayıt" növbəti turda qarşılaşacağı "Zirə" ilə oyunun hazırlığını davam etdirir.

“Kimyaçılar” bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Daha çox taktiki gedişlər üzərində qurulmuş məşq prosesinə iki tərəfli oyunla yekun vurulub.

Zədəli olan Ayaz Mehdiyev hazırlıq prosesində iştirak etməyib. Əvəzedici komandadan isə iki futbolçu - Fərid Kərimzadə və Xaliq İbrahimov əsas komanda ilə hazırlaşıb.

Fevralın 27-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Sumqayıt" görüşü saat 18:00-da start götürəcək.


oxunma sayı: 328 | Paylaş:




?>