')

Bu gün:


FutbolPress.Az | "10 dəqiqə və ya bir hissə oynamaq məni qane etmir" - Dmitri Nazarov

"10 dəqiqə və ya bir hissə oynamaq məni qane etmir" - Dmitri Nazarov


oxunma sayı: 290 Paylaş:

FutbolPressAzərbaycan millisinin və Almaniyanın "Aue" klubunun futbolçusu Dmitri Nazarov Almaniya mətbuatna açıqlama verib.

O, II Bundesiqanın Braunşveyq "Ayntraxt"ına vurduğu qoldan danışıb:

"Komandada penalti vurmaq üstündə mübahisələrimiz olmur. Bu zərbələri bir qayda olaraq, mən yerinə yetirirəm. Belə məqamlarda özümə güvənirəm və komanda yoldaşlarım da bunu bilirlər. Özümə əmin olmasam, topu mənə verməzlər". 

Yarımmüdafiəçi hətəsonu "Dinamo Drezden"ə qarşı keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb:

"10 dəqiqə və ya bir hissə oynamaq məni qane etmir. Əvvəldən sonadək meydanda olub komandama kömək etmək istəyirəm. Növbəti tur "Dinamo Drezden"lə qarşılaşacağıq. Evdə oynadığımız üçün əla atmosfer olacaq. Həmin matçı yüksək səviyyədə keçirməliyik. Komandada hamı 3 xal barədə düşünür".


oxunma sayı: 290 | Paylaş:




?>