Bu gün:


FutbolPress.Az | "Nizami Hacıyev mənim futbol fəlsəfəmə uyğun deyil" - Robert Prosineçki

"Nizami Hacıyev mənim futbol fəlsəfəmə uyğun deyil" - Robert Prosineçki


oxunma sayı: 516 Paylaş:

FutbolPressAzərbaycan millisinin gələn ay Qətər yığması ilə keçirəcəyi yoldaşlıq oyununa 2 yeni futbolçu dəvət ediləcək.

Bu barədə millinin baş məşqçisi Robert Prosineçki "CBC Sport"a açıqlamasında məlumat verib: "Qətərlə oyun üçün təxminən 25 futbolçuya dəvət göndərmək niyyətindəyəm. Onlar yalnız ölkə çempionatında oynayanlar olacaq. Yoldaşlıq görüşü olduğundan, legionerləri çağırmayacağam, həm də çıxış etdiyi klublar onları çətin buraxsın. Məsələn, Ramil Şeydayevə dəvət göndərsəm, o, yeni klubunda 4 gün məşq prosesini buraxacaq və heyətə düşmə şansları azalacaq. Bu sözlər Dəniz Yılmaz, Eddi İsrafilov, Dmitri Nazarova da aiddir. Amma dəvət göndərəcəklərim arasında 2 yeni futbolçu olacaq. Hansı ki, onları heç vaxt millidə görməmisiniz”.

Nizami Hacıyev, Cavid Hüseynov, Amit Quluzadənin yığmaya çağrılıb-çağrılmayacağı müzakirə olunur. Bu haqda xorvatiyalı mütəxəssisin fikri belə oldu: "Uzun müddət idi ki, Cavid Hüseynov milliyə çağrılmırdı. Amma mən gələndən sonra onun yenidən yığmada oynamaq şansı yarandı. Hazırda Cavidi izləyirəm. Qətərə aparacağım isə hələ sual altındadır. İndi Yunanıstan çempionatında çıxış edən Amit Quluzadəni hələ “Sumqayıt”da oynayanda izləyirdim. Amma onun oyun praktikası azdır. Rauf Əliyevin zədəsi təzə sağaldığından, dəqiq fikir söyləyə bilmərəm. O ki qaldı Nizami Hacıyevə, yaxşı futbolçu olsa da, mənim futbol fəlsəfəmə uyğun deyil”.

Milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi “Boavişta”da əsas heyətə düşə bilməməsi ciddi müzakirə mövzusudur. Bu məsələdə Robert Prosineçki nə düşünür?

"Kamran Ağayev Azərbaycanın ən güclü qapıçısıdır - bir nömrədir. Oyun praktikası əlbəttə ki, məni qane etmir. Özü də bu yalnız Kamrana aid deyil, legionerlərimiz axır vaxtlar az oynayırlar. Bu isə milli üçün böyük problemdir. “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyevə gəldikdə, çox təcrübəlidir. Amma mən gənc qapıçıya üstünlük verəcəyəm. Çünki mən 2018-ci ilin dünya və 2020-ci il Avropa çempionatlarını, yəni millinin gələcəyini düşünürəm”.


oxunma sayı: 516 | Paylaş: