')

Bu gün:


FutbolPress.Az | "Ramil Şeydayevin "Jilina"da vacib oyunçu olacağına şübhə yoxdu"

"Ramil Şeydayevin "Jilina"da vacib oyunçu olacağına şübhə yoxdu"


oxunma sayı: 648 Paylaş:

FutbolPressFransa mediası Şərqi Avropa ölkələrindən olan gənc və ümid verən futbolçular haqqında məqalə hazırlayıb.

"Footballski.fr" saytında gedən yazıda bir müddət öncə Slovakiya "Jilina"sına keçən Azərbaycan millisinin üzvü Ramil Şeydayevə də yer verilib. Sayt gənc hücumçunun yeni klubunda əhəmiyyətli yer alacağını və Avropa klubları tərəfindən diqqətdə saxlanacağını qeyd edib:

"Ramil Şeydayev ölkə xaricində oynayan tək-tük azəraycanlı futbolçulardan biridi. Rusiya "Zenit"inin yetirməsi olan hücumçunun millidə debütü ötən ilin sentyabrında oldu. "Zenit"in ikinci komandasında 13 oyuna 10 dəfə fərqlənən Şeydayev daha sonra "Rubin"də uğursuz dönəm yaşadı. Son olaraq, "Trabzonspor"da forma geyinən gənc futbolçu nə qədər çalışsa da, orda da möhkəmlənə bilmədi və "Jilina"da peyda oldu. Slovakiya klubu çempionluğa əsas namizəddi və Ramilin də bu komandada vacib oyunçu olacağına şübhə yoxdu. Onun oyununun diqqət mərkəzində qalacağını ehtimal etmək olar".

Fevral ayında "Jilina"ya il yarımlıq icarəyə verilən Şeydayev yeni klubunda hələlik debüt etməyib.


oxunma sayı: 648 | Paylaş:




?>