')

Bu gün:


FutbolPress.Az | Azərbaycan millisinin üzvünü sərt cəza gözləyir

Azərbaycan millisinin üzvünü sərt cəza gözləyir


oxunma sayı: 252 Paylaş:

FutbolPressAzərbaycan millisinin və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Dəniz Yılmazı ciddi cəza gözləyir.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilir ki, Super Liqanın 21-ci tuunun "Kayserispor" - "Bursaspor" (2:0) matçının 19-cu dəqiqəsində rəqibə qarşı bilərəkdən kobudluq etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan hücumçu ciddi cəzalandırılacaq. Dəniz Yılmazla bağlı son qərarı qonşu ölkənin Peşəkar Futbol İntizam Komitəsi verəcək. Hücumçunun bir neçə oyunluq cəzalandırılacağı gözlənilir.

Dəniz Yılmaz "Kayserispor"la oyundakı davranışına görə "Bursaspor"un əsəs komandasından kənarlaşdırılıb. Hətta bursalı azarkeşlər onun komandadan birdəfəlik göndərilməsini tələb ediblər.


oxunma sayı: 252 | Paylaş:




?>