')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" "Kəpəz" önünə ağır itkilərlə çıxacaq

"Qəbələ" "Kəpəz" önünə ağır itkilərlə çıxacaq


oxunma sayı: 299 Paylaş:

FutbolPress"Qəbələ" Premyer Liqanın XX turunun "Kəpəz"lə oyununa tam heyətlə çıxa bilməyəcək. "Qırmızı-qaralar" 4 futbolçunun xidmətindən məhrum olub.

Yarımmüdafiəçi Elvin Camalov əməliyyat olunmaq üçün Türkiyəyə yollanıb. Müdafiəçilər Rafael Santos və Vitali Vernidub da ədədən əziyyət çəkir.

Bir müddət əvvəl əməliyyat olunan Asif Məmmədov artıq sağalıb və məşqlərə başlayıb. Amma hələ tam hazır olmadığından bu matçı buraxacaq.

"Zirə" ilə oyunda qırmızı vərəqə alan Rasim Ramaldanov isə "Qarabağ"la matçda cəzasını çəkib və meydana çıxmağa hazırdı.

"Kəpəz" - "Qəbələ" oyunu fevralın 28-də keçiriləcək.


oxunma sayı: 299 | Paylaş:




?>