')

Bu gün:


FutbolPress.Az | AFFA "Qarabağ" və "Qəbələ"ni cəzalandırdı

AFFA "Qarabağ" və "Qəbələ"ni cəzalandırdı


oxunma sayı: 238 Paylaş:

FutbolPressİntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Azərbaycan premyer Liqasının 19-curunun oyunları ilə bağlı qərarlar qəbul edilib.

“İnter” – “Zirə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

Oyunun 74-cü dəqiqəsində “Zirə”nin qapıçısı Anar Nəzirovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.

“Qəbələ” – “Qarabağ” matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

Hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün komandalara 800 manatlıq cərimə tətbiq edilib.

“Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimələnib.

“Qəbələ”  azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə klub 4000 manat cərimə olunur.


oxunma sayı: 238 | Paylaş:




?>