')

Bu gün:


FutbolPress.Az | Kamran Ağayev: "Mövsümün sonunda "Boavişta"dan ayrılacam" 

Kamran Ağayev: "Mövsümün sonunda "Boavişta"dan ayrılacam" 


oxunma sayı: 500 Paylaş:

FutbolPressBu gün Portuqaliya çempionatında 22-ci turun oyunları keçiriləcək. Milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" səfərdə "Feyrenşe" ilə qarşılaşacaq. Yığmamızın qapıçısının bu matçda da meydana çıxması sual altındadır.

31 yaşlı əlcək sahibi CBC Sport-a açıqlamasında bu haqda məlumat verib: "18-liyə" düşəcəyim belə sual altındadır. Çünki bir az ağrılarım var. Ağrılarıma görə, normal məşq edə bilmirəm. Ona görə, ola bilər heyətdən kənar qalım. Bir az toparlanmam lazımdır".

Həmyerlimiz hazırda "Boavişta"nın "1 nömrəsi"nə çevirilmiş Vaqner da Silvanın əvəzləməyin çətin olacağını deyir. Mövsümün sonunda müqaviləsi başa çatacaq Kamran Portuqaliya klubunda qalmayacaq: "Təbii ki, müqaviləni uzatmaq istəmirəm. Bundan sonra komandada oynamağım, əsas heyətdə meydana çıxmağım çox çətin olacaq. Menecerimlə əlaqə saxlaycam, o nə məsləhət görsə, elə edəcəyik. Yəni, onlara başa saldım ki, oynamadığıma görə, müqaviləni uzatmayacam. Məlumdur ki, oynamağım çox çətin olacaq. Yəqin ki, ehtiyatda oturacam. Təbii ki, rəqabət aparacam. Amma bu günkü gündə reallıq budur ki, ehtiyatda qalacam". 


oxunma sayı: 500 | Paylaş:




?>