')

Bu gün:


FutbolPress.Az | İctimaiyyətə təqdimat: Azərbaycan futbolunun "qaçqın klubu" (LAYİHƏ)

İctimaiyyətə təqdimat: Azərbaycan futbolunun "qaçqın klubu" (LAYİHƏ)


oxunma sayı: 1494 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi ilk layihə müsabiqəsində “FutbolPress” “İstənilən mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə "TPL klublarının media və ictimaiyyətlə əlaqələri" mövzusunda qalib elan edilmişdi. Növbəti dəfə eyni istiqamətdə layihəni icra edən saytımız bu dəfə "Qarabağ" FK-nın media işini ictimaiyyətə təqdim edir.


“Qarabağ” 1987-ci ildən fəaliyyətə başlayıb. Müstəqil Azərbaycanın ilk çempionatından bu günə qədər bütün mövsümlərdə iştirak edib. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra komanda “qaçqın klub” kimi fəaliyyət göstərir.
 
Ötən əsrin 90-cı illərinin sonlarından etibarən klub maddi sıxıntılardan da ciddi əziyyət çəkirdi. Məhz bu səbəbdən 1998-2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Üstəlik maddi vəziyyət klubun aparıcı futbolçularının da “Qarabağ”ı tərk etməsinə gətirib çıxartdı. Bütün bu problemlər 2001–ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük holdinqlərdən biri “Azərsun” şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu. Həmin dövrdən klub “Qarabağ-Azərsun” adlandırıldı. Hazırki rəhbərliyin təşəbbüsü ilə 2004-cü ildə “Qarabağ”ın tarixi adı özünə qaytarıldı və komanda yenidən bu adla adlandırılmağa başlandı. Klubun əsas məqsədi Qarabağ adını Azərbaycan xaricində layiqincə təmsil etməkdir.
 
“Qarabağ”ın mətbuat xidmətinin əsas vəzifəsi
 
“Qarabağ”ın mətbuat xidmətinin əsas məqsədi daim kütləvi informasiya vasitələrinin sorğularını cavablandırmaq və onların ev oyunlarımızda işləməsi üçün lazımi şəraitlə təmin etməkdir. 2015-ci ildən istifadəyə verilən “Azərsun Arena”da jurnalistlər üçün xüsusi media tribunası və media iş mərkəzi fəaliyyət göstərir.
 
Klubumun rəsmi saytı 2004-cü ildən fəaliyyət göstərir. Həmin saytda “Qarabağ”ın tarixi, qazandığı nailiyyətlər, klub rəhbərliyi, əsas komanda, texniki heyət haqda istənilən məlumatı asanlıqla əldə etmək mümkündür. Bununla yanaşı komandanın əvvəlki mövsümlərdəki statistik məlumatları da rəsmi saytda yerləşdirilib. Həmçinin azarkeşlər üçün onlayn fan şop da fəaliyyət göstərir. Onar bu xidmət vasitəsilə atribut və ya formaları onlayn şəkildə sifariş verə bilərlər.
 
Klubuun rəsmi saytı gündəlik yenilənir, davam edən mövsümdə komandanın bütün matçlar haqda geniş məlumat, oyunların iştirak ərizəsi və s. yerləşdirilir.

Fotoqaleraya bölməsindən isə komandanın istər ölkə, istərsə də Avropa yarışlarından albomlar yerləşdirilib və müntəzəm olaraq yenilənir.
 
“Qarabağ TV” (rəsmi youtube kanalı)

“Qarabağ TV” rəsmi “youtube” kanalında komandanın keçirdiyi oyunların icmalı, maraqlı promo videolar yerləşdirilir. Hər mövsüm ölkə çempionatı və avrokubok oyunlarından hazırlanmış videoreportajlar arxivləşdirilir.  Eyni zamanda rəsmi internet kanalında təlim-məşq toplanışı zamanı günün icmalları haqda videoreportajlar hazırlanır və yoxlama oyunları zamanı canlı yayım təşkil olunur. Onu da qeyd edək ki, “Qarabağ TV” internet televiziyası ölkə daxilində ən çox abunəçisi olan klubdur. (8391 abunəçi)
 
Sosial şəbəkələrdə “Qarabağ”
 
“Qarabağ” müntəzəm olaraq 3 sosial şəbəkədə izləyicilərini məlumatlandırır. “facebook” səhifəsinin təxminən 137 min izləyicisi var. Bu, Azərbaycan klubları içərisində “facebook” tərəfindən verifikasiya olunan ilk səhifədir.
 
Burda gündəlik olaraq məlumatlar paylaşılır. Rəsmi səhifədə rəsmi xəbərlərlə yanaşı statistik məlumatlar, afişalar payalaşılır. Eyni zamanda, “Qarabağ” Futbol Akademiyasında (U-19, U-17, U-16, U-15, U-14, U-13, U-12, U-11, U-8) yer alan komandaların oyunlarında hər tur qeydə alınan nəticələr haqda da oxuculara məlumat verilir. 
 
“Facebook” səhifəsində oyunsonrası mətbuat konfransları və ya “mixed zone”dan canlı yayımlar da təşkil olunur.
 
“İnstagram” səhifəsinin təxminən 41 min izləyicisi var. Say və aktivliyə görə səhifə Azərbaycan futbol klubları arasında ilk sırada yer alır. Rəsmi hesab “İnstagram” tərəfindən təsdiqlənib. Gündəlik olaraq məlumatlar, fotolar və videolar paylaşılır. “Unstagram “səhifəsinə həmçinin həftənin ən önə çıxan “hashtag”larıyla da paylaşımlar edilir.
 
“Tvitter” hesabı aktivliyinə görə “facebook” və “instagram” hesablarından geri qalır. Bu sosial platformada əsasən komandanın təqvimi və oyun nəticələri haqda məlumat verilir. Təxminən 2 minə yaxın izləyicisi var.
 
“Qarabağ FK” tətbiqi

Azərbaycan futbol klubları içərisində mobil tətbiqetməsi olan ilk və yeganə klub “Qarabağ”dır. Həm İOS, həm də Android əməliyyat sistemləri üçün nəzərdə tutulan tətbiqetmədə azarkeşlər klub rəhbərliyindən başlayaraq futbolçular haqda məlumat əldə edə bilər. Həmçinin tətbiqetmədə video və fotoqaleraya da yer alır. Eyni zamanda komandanın oyunlarında baş verən hadisə haqda onlayn şəkildə tətbiqetmə vasitəsiylə azarkeşlərə məlumat verilir. Təxminən 15 min azarkeş klubun tətbiqetməsindən istifadə edir.

 
 “FubolPress” və “Qarabağ” FK-nın birgə məqaləsi

Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə hazırlanıb*



oxunma sayı: 1494 | Paylaş:




?>