Bu gün:


FutbolPress.Az | "Neftçi" "Bakcell Arena"nı qardan təmizləmək üçün səfərbər oldu (FOTO)

"Neftçi" "Bakcell Arena"nı qardan təmizləmək üçün səfərbər oldu (FOTO)


oxunma sayı: 248 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XIX turunda "Neftçi" və "Kəpəz" arasında keçiriləcək oyuna qədər "Bakcell Arena" hazır vəziyyətə gətiriləcək.

bu barədə "ağ-qaralar"ın rəsmi saytı məlumat yayıb. Bu gün "Neftçi"nin rəhbərliyi başda olmaqla, klubun bütün kollektivi arenanın qardan təmizlənməsi üçün gücünü səfərbər edib.

Dünəndən başlayaraq çox sayda azarkeş kluba müraciət edərək yardımlarını təklif ediblər. "Nefçi" buna görə hər kəsə ayrı-ayrılıqda minnətdarlığını bildirib. Klub bəyan edir ki, hazırda təmizlik işləri tam sürətlə davam edir və kömək üçün zərurət yaranmayıb.

"Neftçi" azarkeşləri fevralın 18-də keçiriləcək qarşılaşmaya dəvət edib.



oxunma sayı: 248 | Paylaş: