Bu gün:


FutbolPress.Az | Rəşad Sadıqov əcnəbi hakim istəyir

Rəşad Sadıqov əcnəbi hakim istəyir


oxunma sayı: 167 Paylaş:

FutbolPress“Qarabağ"ın və Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasına əcnəbi hakimlərin dəvət olunmasının tərəfdarıdır.

Təcrübəli futbolçu "CBC Sport"da qonağı olduğu "3-cü hissə" verilişində bu təkliflə çıxış edib:

"Yaxşı hakimlərimiz azdır. Onlar da hər tur oyun idarə edir, fiziki və psixoloji cəhətdən çox yüklənirlər. Qarşıdakı turda isə çempionluq uğrunda mühüm olan "Qəbələ" - "Qarabağ" oyunu var. Belə vacib oyunlara əcnəbi hakimlərin dəvət olunması daha məqsədəuyğun olardı. Vaxtı ilə Azərbaycanda belə praktika olub. Azərbaycan çempionatı ilə yanaşı, ölkə kubokunada Almaniyadan hakimlər dəvət olunmuşdu".


oxunma sayı: 167 | Paylaş: