Bu gün:


FutbolPress.Az | Robert Prosineçki: "Ona çatan olmayacaq"

Robert Prosineçki: "Ona çatan olmayacaq"


oxunma sayı: 346 Paylaş:

FutbolPressAzərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "Barselona"nın Çempionlar Liqasının 1/8 finalında PSJ-yə 0:4 hesablı məğlubiyyətini dəyərləndirib.

"Jutarnji List"ə müsahibə verən mütəxəssis bunu təsadüf adlandırıb.

"Futbolda gözlənilməz şeylər baş verir. Mümkünsüz heç nə yoxdur. "Lester" necə İngiltərə Premyer Liqasının qalibi oldu? Bu, əladır! PSJ-nin "Barselona"nı 4:0 hesabı ilə məğlub etməsi maraqlıdır. Yüksəliş yaşayan klubların başına belə işlər gəlir".

Xorvatiyalı baş məşqçi "Messi harada idi?" sualına cavabında onun hər oyun yüksək səviyyədə çıxış etməsinin mümkünsüz olduğunu bildirib:

"Messi 10 il ərzində fantastik səviyyədə oynayıb. Bir gün oyunu alınmaya bilər. Burda məntiqsiz nə var? Heç bir futbolçu 10 il ərzində bütün oyunları əla keçirə bilməz. İnanın mənə. Amma onlar bir gün pis oynayanda, hər kəs bunu soruşur. Uzun illər heç kimin bacarmadığı şəkildə bizi heyrətləndirib. Bundan sonra da ona çatan olmayacaq. PSJ həqiqətən də yaxşı oynadı. Ancaq "Barselona" da zəif çıxış etdi".


oxunma sayı: 346 | Paylaş: