Bu gün:


FutbolPress.Az | Premyer Liqa oyunlarının vaxtı dəyişdirildi

Premyer Liqa oyunlarının vaxtı dəyişdirildi


oxunma sayı: 258 Paylaş:

FutbolPressFutbol üzrə Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib. Bu, AFFA-nın müraciəti əsasında aparılıb.

7 mart – 9 martda Qətərin paytaxtı Dohada milli komandanın toplanış, eləcə də Azərbaycan və Qətər milli komandalarının yoldaşlıq oyunu keçiriləcəyi səbəbindən Azərbaycan Premyer Liqasının XXII turunda dəyişiklik edilməsini xahiş olunub.

Milli komanda amilini nəzərə alan PFL qərara alıb ki, XXII turunun “Kəpəz” – “Zirə” və “İnter” – “Sumqayıt” matçları martın 11-dən martın 13-nə, “Qarabağ” – AZAL və “Neftçi” – “Qəbələ” matçları martın 12-dən martın 14-nə keçirilsin.


oxunma sayı: 258 | Paylaş: