Bu gün:


FutbolPress.Az | Rüstəm Əfsərli: “...bir az “mandraj” var, amma...”

Rüstəm Əfsərli: “...bir az “mandraj” var, amma...”


oxunma sayı: 502 Paylaş:

FutbolPressFevralın 19-da 19-cu turun, ümumilikdə mövsümün ən maraqlı oyunu kim səciyyələndirilən “Qəbələ” – “Qarabağ” qarşılaşmasının şərhçiləri Rüstəm Əfsərliylə Gündüz Abbaszadə olacaq. Oyunqabağı ajiotajın xeyli yüksək olması, tərəflər arasında atışmalar, hətta klub rəhbərlikləri səviyyəsində ən xırda detala belə həssas yanaşıldığı bir ərəfədə şərhçlərin matça hansı hisslərlə getdiyi də izləyicilərçün maraqlı məqamlardandı.

“CBC Sport”un yeni formata – oyunqabağı və matçsonrası canlı yayıma keçidi də bu ərəfələrdə yerinə düşdü. Bu və başqa detallar barədə Əfsərli ilə söhbətləşdik:

“İş belə gətirdi ki, mövsümdə üçüncü dəfədir, bu komandaların oyununu şərh edəcəm. Birinci dövrədə Şəmsəddin Abbasovla birgə, ikinci dövrədə isə tək. Xüsusilə ikinci matçın spesifikliyindən bir xeyli tənqid aldım. Əlbəttə ki, məğlub olan tərəf – “Qəbələ” azarkeşlərindən. Daha doğrusu, bu, daha çox şərhin tənqidi yox, “Qarabağ”ın ikinci qolundakı emosionallığa yönəlmiş inciklik idi. Amma bunlar anlaşılan bir şeylərdir. Çünki sənin komandan qol vuranda özün də qışqırırsan və şərhçi bu qolu nə qədər emosional qeyd edir-etsin, səsini eşitmirsən”


Həyəcan...


“Təbii ki, bir az "mandraj" var, amma bu, ənənəvi - hər şərhdən əvvəl olan haldır. Oyun saatı yaxınlaşdıqca daha da artacaq, lakin futbolçular demiş, start fiti ilə, yəni efir başlayan kimi həyəcan itəcək. Gündüzlə nadir hallarda eyni oyuna düşürük. Bu da ayrı bir həyəcandı hər ikimiz üçün. İkinci dövrənin oyunundan zövq aldım və düşünürəm ki, buna bənzər hisslər bazar günü də olacaq”


İndiyədək ölkə çempionatındakı oyunlar arasında ən vacib, dramatik şərh işi...?


“Bu dəqiqə "hə", amma bu, daha çox son oyundakı hadisələr, tərəflərin atmacaları ilə bağlıdır. Matç ətrafında ajiotaj kifayət qədərdir, hətta deyərdim, həddindən artıq. Məncə, “Neftçi” – “Qarabağ” oyununda emosialar daha təbii olur və şərhçi üçün "ən" məhz budur. Ən azından mənim üçün”.


Tamaşaçılar “CBC Sport”dakı şəhrçilikdən məmnun, razıdılar. Qarşıdakı 90 (+) dəqiqədə izəyicilərçün hansısa sürpriz, jest gözlənir?


“Sürpriz, jest - bunlar əlbəttə ki, əvvəldən hazırlanır. Amma gərək bunun üzərinə yüklənməyəsən, yoxsa oyun boyu onu göstərmək üçün macal axtaracaqsan ki, bu da tempdən düşməyə səbəb ola bilər. Bu şeylər bədahətən gələndə daha xoşagələn olur. Oyunda baxarıq...”


P.S. 19-cu turun ilk oyun günü “CBC Sport” 6 saatlıq canlı yayım hazırlayır. 14:30-da “Sumqayıt” - AZAL oyunundan əvvəl başlayacaq birbaşa efirin 21:00-a qədər davam edəcəyi planlanıb.
 
“Qəbələ” – “Qarabağ” matçından 1-1,5 saat sonra da canlı efir davam edəcək.
 
Elçin Cəlilov


oxunma sayı: 502 | Paylaş: