Bu gün:


FutbolPress.Az | AFFA-dan yeni turnir

AFFA-dan yeni turnir


oxunma sayı: 72 Paylaş:

FutbolPressAFFA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və kolleclərin tələbələri arasında Azərbaycan çempionatı keçiriləcək.

Yarışda 29 komanda mübarizə aparacaq. Qərb regionunun oyunları Gəncədə, Cənub zonasının oyunları isə Şirvan şəhərində təşkil olunacaq. Regionlarda qalib olan komandalar Bakıda təşkil olunacaq yarışa vəsiqə qazanacaqlar.

Hər birində 5 komandanın mübarizə aparacağı qrupda ilk 3 yeri tutan kollektivlər yarışın “pley-of” mərhələsinə vəsiqə əldə edəcəklər. Açılış mərasimi fevralın 17-də, saat 15:00-da  “Bayıl Arena”da olacaq. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Tibb Universitetinin komandaları qarşılaşacaq.

Turnirin oyunları Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının, Milli Aviasiya Akademiyasının, Olimpiya İdman Növləri üzrə Milli Yığma Komandaların Təlim-Məşq Mərkəzinin meydançasında və Binə stadionunda keçiriləcək.
 


oxunma sayı: 72 | Paylaş: