Bu gün:


FutbolPress.Az | "Zirə"nin ofsayddan vurduğu qolu qeydə alan hakimə ağır cəza

"Zirə"nin ofsayddan vurduğu qolu qeydə alan hakimə ağır cəza


oxunma sayı: 383 Paylaş:

FutbolPressBeynəlxalq dərəcəli hakim Zeynal Zeynalov Azərbaycan Premyer Liqasının XVIII turunun "Zirə" - "Qəbələ" matçında səhvlərə yol verdiyi üçün cəzalandırılıb. Bu barədə AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

O, yan xətt hakiminin qarşıdakı 5 görüşdən kənarda qalacağını açıqlayıb.

Görüşün baş hakimi Əliyar Ağayev isə heç bir cəzaya məruz qalmayıb. X.Məmmədovun fikrincə, FİFA referisi həmin görüşü yüksək səviyyədə idarə edib: "Baş hakim üçün epizodu görmək çətindirsə, o, laynsmanın səhvinə görə məhsuliyyət daşımır. Bu səbəbdən, Zeynal Zeynalov ağır cəzaya məruz qalıb".

X.Məmmədov bildirib ki, artıq Premyer Liqa matçlarında səhvə yol vermiş hakimlər əvəzedicilərin çempionatına və ya I Divizionun oyunlarına təyinat almayacaqlar: "Bu ildən cəzaları ağırlaşdırmışıq. Əvvələr Premyer Liqada səhvə yol verən hakimləri formalarını itirməmək üçün əvəzedicilərin çempionatına və ya I diviziona göndərirdik. Daha belə hallar olmayacaq. Səhvə yol verənlər 5 oyunluq cəzalanacaqlar. Yəni, nöqsanı olan təxminən 1 ay kənarda qalacaq. Bunu da qonorara çevirəndə, 3 minə yaxın pul edir".

Zeynal Zeynalov "Qəbələ" ilə qarşılaşmanın uzatma dəqiqələrində "Zirə"nin bərabərlik qolunu vurduğu epizodda qayda pozuntusunu qeydə almayıb. "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Zeynal Zeynalovun dəfələrlə "qırmızı-qaralar"a qarşı qərəzli davrandığını açıqlayıb. (Report)


oxunma sayı: 383 | Paylaş: