Bu gün:


FutbolPress.Az | "Son 25 dəqiqə qorxulu yuxu kimi idi" - Venger

"Son 25 dəqiqə qorxulu yuxu kimi idi" - Venger


oxunma sayı: 64 Paylaş:

FutbolPressÇempionlar Liqasının 1/8 final mərhələsində "Arsenal" səfərdə "Bavariya"ya böyük hesabla məğlub olub - 1:5. Matçdan sonra baş tutan mətbuat konfransında "topçular"ın baş məşqçisi Arsen Venqer oyun barədə fikirlərini bildirib.

Fransalı çalışdırıcı qarçılaşmanın son 25 dəqiqəsini "qorxulu yuxu" adlandırıb: "Qəribə oyun idi. Birinci hissədə yaxşı oynadıq, amma ikinci hissnin lap əvvəlində iki qol buraxdıq. Bu, işimizi çətinləşdirdi. Həmin qollara qədər biz kifayət qədər yaxşı idik. Son 25 dəqiqə bizim üçün qorxulu yuxuya çevrildi. Belə görünür ki, "Bavariya"ya cavab verəcək gücdə deyildik. Bu, çox pis nəticədir. Ancaq bununla barışmaq lazımdı".


oxunma sayı: 64 | Paylaş: